Hər şey üzərimə gəlirdi..
Ailəmin basqısı..atamın, qardaşımın həyatımı qısıdlaması..özümü bir insandan çox qəfəsə salınmış..azadlığı alınmış bir heyvan kimi hiss edirdim..
Biraz yolda ləngisəm..evə gec gəlsəm..qəzəbli baxışlara, sorğu-suala tuş gəlirdim..
hər yerə gedə bilmir..hər istədiyimi edə bilmirdim..
İstəməsəm də yalan danışmağa..yalançı olmağa məcbur olurdum..
Bir yandan da sevdiyim insandan zərbə görmək..sevdiklərimi itirmək məni həyatdan soyutmuşdu..
Özümü tək..lazımsız biri kimi hiss edirdim..niyə yarandığımı..niyə yaşadığımı anlamırdım..
bu həyat mənə görə deyildi..bəlkə də dünyaya gəlişim səhv idi..və mən bu səhvi düzəldəcəkdim..
Son olaraq İNTİHAR`a qərar verdim...
və bir ovuc dərmanı ağzıma doldurub udmağa başlarkən ikinci ovucu hazır edirdim.. bu zaman telefonum zəng çaldı..və mən o zaman anlamadığım səbəbdən telefona cavab verdim..danışıq zamanı dərmanlar öz təsirini göstərməyə başlamışdı.. zəng bitdikdə huşsuz halda yerə yıxıldım..
Deyəsən köməyimə bacım gəlmişdi..o anları xatırlamıram..
Xatırladığım.. sanki o bayqınlıqla hər şeyi, danışıqları eşidirdim..
Bacım, "kaş dünən paltarları ütüləmək üçün onunla mübahisə etməzdim..işləri mən görərdim.."
Qardaşım, "nə olsun evə biraz gec gəlmişdı?! Dünyanın sonu olmamışdıki! Nə deyə danladım!" - deyərək qəzəblənirdilər özlərinə..
Atam və anam isə heç nə danışmırdılar..amma dumanlı görürdüm onları.. çox pərişan halda idilər.. dik qamətləri bükülmüş..cılızlaşmışdılar..
Mən ölərsəm indi bu hala düşmüş ailəm mənim ölümümlə nə hallara düşəcəkdi..canlı meyidə çevriləcəkdilər..
və mən intiharımla tək özümün yox..bütün ailəmin qatili olacaqdım..o an dualar etdim sanki..ölməyim deyə..
Zamanla huşum yerinə gəlmişdi..
Ailəm mənə artıq ehtiyatla davranırdı..
Əvvəllər axşamlar atam həyətə düşər qonşularla söhbət edər..nərd oynardı.. indi isə çox zaman evdə olur, bir küncə çəkilib fikirə dalırdı..
Hər istəyimi həyata keçirmək üçün hər şeyi edirdilər.. nə desəm təstiq edir, mənlə mübahisədən hətta müzakirədən çəkinirdilər..
Özümü qonşuluqdakı psixi problemi olan Rasim kişidən fərqli görmürdüm artıq.. o da nə söyləsə hər kəs təstiqlərdi..
bir dəfə demişdi "ev yeriyib üstümə gəlir yavaş-yavaş, qorxuramki məni əzəcək.."
qonşular isə ona "Rasim. qorxma ev o qədər yavaş yeriyir ki, o üstünə gələnə kimi sən qaçarsan.." Hər kəs onunla öz dilində danışır, həqiqəti izzah etməyə çalışmırdılar..
Necə ki, əvvələr hər kəs mənə normal insan kimi yanaşıb, görməli olduğum işləri..özümü aparmalı olduğum davranışları tələb edirdilər.. indi amma hər kəs özünün əzilməsi hesabına mənə böyük sərbəstliklər verirdilər.. heç kəs mənlə sağlam müzakirəyə girmirdi.. haqlı oldum-olmadım..haqlı göstərilmək məni özümü Rasim kişiylə eyniləşdirirdi...
Evdə heç nə tapşırılmır..evə gec gəldiyimdə heç nə deyilmirdi.. Bu da atamın daxilindəki öz hissiyatını tapdalaması, həhv etməsi idi.. qardaşımın kişilik vüqarının qırılması idi..
Cəmiyyətin şübhəli baxışları..qadınların şübhəylə yeritdiyi səbəblər ailəmin mənliyinə toxunur, ünvanlanırdı.. ən yaxşı halda dəli olaraq yorumlayırdılar..
Bu halın düzəlməsi üçün uzun illərin lazım olduğunun fərqinə vardım..
"Cəmiyyətdə nüfuz qazanmaq üçün uzun illər..nüfuz itirmək üçün bir saniyə kifayətdir.."
mən o bir saniyə ilə ailəmin nüfuzunu itirmişdim..
Baxmayaraq ki, əvvəl tələb etdiyim..istədiyim azadlığı o bir saniyədə almışdım.. amma indi dərk edirdim ki, bu sən demə lazımsız istək imiş..
Bunların eqodan qaynaqlandığının fərqinə vardım.. özümnən eqonu dəf etmək üçün hər yerə "E.Ə.Ç" (eqodan əl çək) hərfləri yazılmış kağızları əlavə etdim... kitablarıma..masama..ətrafıma..
bu yazının gözümdə adiləşməməsi üçün hər ay hərflərin rəngini dəyişdim..
* Mən bu hekayəni..sizlərə anlatmaqla sizə konkret tövsiyyə vermək fikrində deyiləm..
Çünki insana nə qədər doğru yolu göstərsəndə o bu yolu getməyəcək..
Sizlərlə paylaşma səbəbim bəlkə hansısa hissəsində özünüzü tapdınız..
Bu həyatın bizə görünən üzüdür..
Əgər bunun mənəvi tərəfinə toxunsaq..ALLAH (c.c) intiharın ən böyük günahlardan olduğunu bildirir..
və bu danışdığım çətinliklər.. o dünya ilə..məhşər ilə müqayisə də bir damladır..
Bir damlanın mənfilərini gördünüzsə, dəryanın varlığnı unutmayın...
müəllif: (Laməkan)
Hiç yorum yok:
Yorum Gönder