2 Nisan 2015 Perşembe

Düşüncələr əsiri...

   Məşğul olduğundan telefon dəstəyinə çiynini dayaq etmişdi.. Dəstəyin o biri ucunda kimsə nədənsə danışırdı.. həyəcan, panika vardı səs tonunda.. nədənsə narahat olduğu bəlli idi.. bəlkə də verəcəyi xəbərin yükü idi onu qorxudan.. çoxda uzatmadı.. hər zaman ki, səbirsizliyi ilə demişdi artıq "ölüm" xəbərini..
   Çiyinlərin dayaq olduğu telefon dəstəyi bir anda dayaqsız qaldı.. çiyinlər.. cisim özünə dayaq axtarırdı.. telefon dəstəyi artıq yerdə idi, dayağa ehtiyacsız.. yerdəki dəstəydən eşidilməsi çətin olan səslər gəlirdi.. 
Bayaqdan bəri təmizlik səbəbindən işlətmədiyi əllərinə baxdı..əlləri ona yad gəlirdi.. gör nə vaxtdı əllərini seyr etməmişdi.. uşaq vaxtı ovuçlarda itən əllər, indi körpə əlləri ovucunda itirir.. və gün gələcək bu əllər hərəkətsizləşəcək.. sonra əlini üzünə toxundurdu.. ayna qarşısına keçərək aynadakı əksinə, aynadakı özünə toxunmağa çalışdı.. zaman necədə xəbərsiz, izsiz irəliləmişdi.. bir zamanlar özünü görə bilmək üçün boyu çatmayıbda, ayaqları altına stul yerləşdirərdi.. amma indi güzgüyə baxa bilmək üçün boyunu alçaldırdı..

    Hər şey dəyişmişdi bu zaman ərzində.. nələrə toxunmuşdu bu əllər.. haraları gəzmişdi, haralara getmişdi bu ayaqlarla.. nələr görüb, nələr eşitmişdi.. dili nələr söyləmişdi..xeyirəmi, şərəmi istifadəyə vermişdi varlığını..harası pak idiki, özü də pak ola..
Bir an durub düşündü.. varlığını çirkablardan uzaq tutmaq üçün özünü evə dustaq etmək fikri keçdi ağlından.. və dərhalda bu fikri ağlından silmək qərarı aldı.. dustaq etsədə özünü..bu günəcən etdikləri, gördükləri tənhalıqda düşüncələri ilə varlığını çirkab etməyə yetərdi..
Yeni fikir gəldi ağlına, çirkabları bəyan etmək..
- Yox! Yox! Buda olmaz.. bəyanatı dinləməkdən ziyadə bu cəmiyyət mənə də bir `çirkab` damğası vurar.. -sözləri keçdi içinnən.. bu sözlər üzərində düşünürdüki, birdən yenə duruxsundu.. - Bəlkə də çirkab adlandırdığımız hər şey bir `damğadan` ibarətdir.. hər çirkabda kəşf olunmağı gözləyən bir paklıq vardır.. Öz çirkablarını nümunə olaraq analiz edib, paklıq çıxarmaq qərarına gəldi..
Xatirələrə daldı.. xatırladı o çox `sevdiyi` qızı.. onu əldə etmək üçün nələr etməmişdiki.. dostunun maşını ilə yol kəsmələr, marka geyimlər.. daha nə göstərişlər.. amma nafilə cavab gəlmirdi, heç cür.. ən sonunda tanımağa qərar verdi onu.. tanımaq yolunda eşitdikləri qarşısında etdiklərinin axmaqlıq olduğunu anlamışdı.. Amma qərarı qəti idi, onu əldə etməli idi.. qərar verdi `brend maskalar` kolleksiyasından istifadə edərək yenə maskalansın.. `dəyişmişdi` o özünü bəyənmişlikdən, göstərişlikdən geriyə heç nə qalmamışdı.. və bu `dəyişiklik` nəticə onu əldə etmişdi.. istədiyini də əldə etmişdi..  sevgisini, güvəninin qazandığı, aldatdığı növbəti `axmaqğın` da paklığını əldə etmişdi.. sonrası məlum sadəcə `bizdə alınmır` sözləri geriyə qalmışdı.. Onun üçün heç nə dəyişməmişdi.. həyatı axarında idi.. yenə qarşısına çox `sevəcəyi` qızlar çıxacaqdı.. yenə maskalar kolleksiyası imdadına gələcəkdi.. və yenə paklığa son qoyulacaqdı.. Birdən xatırladı.. onunla təsadüfi olaraq raslantısını..
- Oo salam..necəsən? -deyərkən gülümsəyirdi..
- İndi hansı cildindəsən?.. deki heç olmasa bu səfər kimlə danışdığımı bilim.. -cavabı gəlmişdi..
Bu sözlər qarşısında gülməkdən başqa heç nə etməmişdi.. indi isə bu sözlər ona `ölümdən` betər idi.. necə etdi bu çirkablığı.. düzəltməsi mümkünsüz paklığa son yaşadmışdı.. Bütün çirkablara şahid evindən ikrahlanmağa başladı.. ev də özü tək çirkab idi.. evini bir məzarlıq kimi düşündü.. həqiqi məzarlıqdan tək fərqi vardı.. bu məzarlıqda cisimlər yox, ruhlar bbasdırılmışdı..

   Yeni bir fikrə keçid verdi.. İndi də ölümü düşünməyə başlanışdı.. insanın öləcəyini bilməsi necə də acı verir.. zamanın..məkanın qeyri müəyyənliyi.. Özünü `vecsiz` göstərərkən soyuq məzar düşüncələri..
Hər şeyin bir gün sənin üçün sonlanacağını bilmək.. zaman durmayacaq, insanlar, hər kəs yaşayacaq; o üzünü belə görməyə qatlanmadığın şəxslər, mənasız söhbətlərindən bezdiyin dostlar, qadağalarından təngə gəldiyin doğmalar.. hər kəs..kainat sən yoxikən var olacaq.. sənnən geriyə sadəcə bir torpaq topası qalacaq.. oda təbilikdən çıxarılacaq zamanla; varlığın olmadan geyim geyinəcək üzərinə..mərmərlə bəzənəcək..geriyə qalan torpaq altında çürümüş sümüklərin olacaq.. bəlkə bayramlarda, `yubiley`lərdə yada salındın.. `Şeyx` olduğun məqbərənə kosadan səməni payı gətirildi novruzlarda..
Çox sevdiyin musiqiçi yeni bəstələr yazacaq.. yeni konsertlər verəcək.. hər dəfə `"bu dəfə mütləq gedəcəm!" - dediyin konsertə şərhsiz, xəbərsiz olacaqsan.. 
Yeni filmlər, yeni markalar, yeni geyimlər, yeni stillər..yeniliklər çıxacaq.. sən isə yeniliklərdən xəbərsiz.. sözün əsil mənasında "nikolayın adamı" titulu veriləcək sənə..
Xəyallarda varlıq tapmış sevgilin bir başqasında təcəlli tapacaq.. yoxluğundan istifadə, varlığını bir başqasına qatacaq.. xəyanət edəcək; xəyallara.. arzulara.. ümidlərə.. `Xəyanətkar!` damğası vuracaqsan indi ona..!
Zaman irəliləyəcək.. sən isə sadəcə arxivlərdə qərq olunmuş bir termin olacaqsan.. bu düşüncələrlə vecsizləşəcəksən, amma inciləcəksən..
  Axı bu nə fikirlər idi onun varlığına hücum etmiş bir gəmirici tək gəmirirdi.. asma olmadığı halda, bu xəstəlikdən ötə nəfəs tıxanıqlığı yaşayırdı.. hər şərab bardağa tək-tək süzülərək yudumlandığı halda.. bu səfər çərablar növbədən kənar bardağa süzülərək daşırmışdı.. axı o heç vaxt bu cür düşüncələr ahəngdarlığında olmazdı.. bu nə səbəbsiz, zamansız düşüncələr idi..
Səbəbsiz.. Zamansız..
Səbəbsiz..?! Zamansız..?!
Səbəbsiz..? Zamansız..?
Səbəb..? -nə səbəb ola bilərdi ki.. nə səbəb ola bilərdi ki, onu bu silkəlişə məruz qoyan.. hansı səbəb buna qadir olmuşdu..? Səbəb..həyatında yaşanılanların səbəbini anlasada.. bu düşüncələrə onu sevq edən səbəbi anlamaqda çətinlik çəkirdi.. vicdan deyilən bu olmalı..? -Yox! mən hələ peşmanlıq hissinə dalmamışam ki, `vicdan` -deyilən işə keçə..hələ düşüncələrdəyəm..
Zaman..? -xüsusi zamanmı gərək bunları düşünməyə..müəyyən zamanı doldurmaqmı gərək.. hal-hazırda zaman doluşdamı.. bu də düşüncələrdi.. səhəri içmiş olamlıyam yəqin.. sərxoşluğunu anlamaq üçün içki şüşəsi axtardı gözləri dörd bir yanda.. amma görünürdə nə şərab vardı.. nə də içki qədəhi.. içmədən sərxoşluqmu bu..?!
  Sonra qulağına qudok səsi eşidildi.. bayaqdan bəri yerə atılmış telefon dəstəyi indi diqqətini çəkirdi.. hər şey artıq aydınlaşırdı.. ölüm xəbərindən (qorxusundan) yol alan düşüncələr.. qapı zəngi ilə ayılqıdan diskinlik yaşadı.. gələn az əvvəl xəbəri verən şəxs idi.. Bu qısa zaman ərzində o bir ömür səyahəti yaşamışdı.. Geriyə qalan ömürün doğruluğu isə səyahətin nəticə çıxarılmasına bağlı idi...


müəllif: (Laməkan)