21 Ocak 2016 Perşembe

Mənim hekayəm...

   Hər şey üzərimə gəlirdi..
Ailəmin basqısı..atamın, qardaşımın həyatımı qısıdlaması..özümü bir insandan çox qəfəsə salınmış..azadlığı alınmış bir heyvan kimi hiss edirdim..
  Biraz yolda ləngisəm..evə gec gəlsəm..qəzəbli baxışlara, sorğu-suala tuş gəlirdim..
hər yerə gedə bilmir..hər istədiyimi edə bilmirdim..
İstəməsəm də yalan danışmağa..yalançı olmağa məcbur olurdum..
  Bir yandan da sevdiyim insandan zərbə görmək..sevdiklərimi itirmək məni həyatdan soyutmuşdu..
Özümü tək..lazımsız biri kimi hiss edirdim..niyə yarandığımı..niyə yaşadığımı anlamırdım..
bu həyat mənə görə deyildi..bəlkə də dünyaya gəlişim səhv idi..və mən bu səhvi düzəldəcəkdim..
Son olaraq  İNTİHAR`a  qərar verdim...
Qərarlaşdırdığım üzrə dərmanları ovuc-ovuc içəcəkdim.. 
və bir ovuc dərmanı ağzıma doldurub udmağa başlarkən ikinci ovucu hazır edirdim.. bu zaman telefonum zəng çaldı..və mən o zaman anlamadığım səbəbdən telefona cavab verdim..danışıq zamanı dərmanlar öz təsirini göstərməyə başlamışdı.. zəng bitdikdə huşsuz halda yerə yıxıldım..
Deyəsən köməyimə bacım gəlmişdi..o anları xatırlamıram..
Xatırladığım.. sanki o bayqınlıqla hər şeyi, danışıqları eşidirdim..
Bacım, "kaş dünən paltarları ütüləmək üçün onunla mübahisə etməzdim..işləri mən görərdim.."
Qardaşım, "nə olsun evə biraz gec gəlmişdı?! Dünyanın sonu olmamışdıki! Nə deyə danladım!" - deyərək qəzəblənirdilər özlərinə..
  Atam və anam isə heç nə danışmırdılar..amma dumanlı görürdüm onları.. çox pərişan halda idilər.. dik qamətləri bükülmüş..cılızlaşmışdılar..
  Mən ölərsəm indi bu hala düşmüş ailəm mənim ölümümlə nə hallara düşəcəkdi..canlı meyidə çevriləcəkdilər..
və mən intiharımla tək özümün yox..bütün ailəmin qatili olacaqdım..o an dualar etdim sanki..ölməyim deyə..

  Zamanla huşum yerinə gəlmişdi..
Ailəm mənə artıq ehtiyatla davranırdı..
Əvvəllər axşamlar atam həyətə düşər qonşularla söhbət edər..nərd oynardı.. indi isə çox zaman evdə olur, bir küncə çəkilib fikirə dalırdı..

Hər istəyimi həyata keçirmək üçün hər şeyi edirdilər.. nə desəm təstiq edir, mənlə mübahisədən hətta müzakirədən çəkinirdilər..
   Özümü qonşuluqdakı psixi problemi olan Rasim kişidən fərqli görmürdüm artıq.. o da nə söyləsə hər kəs təstiqlərdi..
bir dəfə demişdi "ev yeriyib üstümə gəlir yavaş-yavaş, qorxuramki məni əzəcək.."
qonşular isə ona "Rasim. qorxma ev o qədər yavaş yeriyir ki, o üstünə gələnə kimi sən qaçarsan.."  Hər kəs onunla öz dilində danışır, həqiqəti izzah etməyə çalışmırdılar..

  Necə ki, əvvələr hər kəs mənə normal insan kimi yanaşıb, görməli olduğum işləri..özümü aparmalı olduğum davranışları tələb edirdilər.. indi amma hər kəs özünün əzilməsi hesabına mənə böyük sərbəstliklər verirdilər.. heç kəs mənlə sağlam müzakirəyə girmirdi.. haqlı oldum-olmadım..haqlı göstərilmək məni özümü Rasim kişiylə eyniləşdirirdi...
  Evdə heç nə tapşırılmır..evə gec gəldiyimdə heç nə deyilmirdi.. Bu da atamın daxilindəki öz hissiyatını tapdalaması, həhv etməsi idi.. qardaşımın kişilik vüqarının qırılması idi..
 
Ölümdən qayıtsamda..ölməsəmdə ailəmə vurduğum ziyanın fərqinə vardım..
Cəmiyyətin şübhəli baxışları..qadınların şübhəylə yeritdiyi səbəblər ailəmin mənliyinə toxunur, ünvanlanırdı.. ən yaxşı halda dəli olaraq yorumlayırdılar..

  Bu halın düzəlməsi üçün uzun illərin lazım olduğunun fərqinə vardım..
"Cəmiyyətdə nüfuz qazanmaq üçün uzun illər..nüfuz itirmək üçün bir saniyə kifayətdir.."
mən o bir saniyə ilə ailəmin nüfuzunu itirmişdim..

  Baxmayaraq ki, əvvəl tələb etdiyim..istədiyim azadlığı o bir saniyədə almışdım.. amma indi dərk edirdim ki, bu sən demə lazımsız istək imiş..

   Bunların eqodan qaynaqlandığının fərqinə vardım.. özümnən eqonu dəf etmək üçün hər yerə  "E.Ə.Ç" (eqodan əl çək) hərfləri yazılmış kağızları əlavə etdim... kitablarıma..masama..ətrafıma..
bu yazının gözümdə adiləşməməsi üçün hər ay hərflərin rəngini dəyişdim..


 * Mən bu hekayəni..sizlərə anlatmaqla sizə konkret tövsiyyə vermək fikrində deyiləm..
Çünki insana nə qədər doğru yolu göstərsəndə o bu yolu getməyəcək..
Sizlərlə paylaşma səbəbim bəlkə hansısa hissəsində özünüzü tapdınız..

Bu həyatın bizə görünən üzüdür..
Əgər bunun mənəvi tərəfinə toxunsaq..ALLAH (c.c) intiharın ən böyük günahlardan olduğunu bildirir..
və bu danışdığım çətinliklər.. o dünya ilə..məhşər ilə müqayisə də bir damladır..

Bir damlanın mənfilərini gördünüzsə, dəryanın varlığnı unutmayın...


müəllif: (Laməkan)

26 Haziran 2015 Cuma

Mən ola bilmək..

 `balaca faişə` - bizlər onu belə adlandırırıq.. bizlərə - sən də daxilsən..
Balaca faişəmiz 9 yaşında.. `sənətə` ilk gəlişi başlayır `pornoqrafik yuxularla, maraqlarla`..maraqlara açıqlama bir ...... yatağında..
Bilmirən nə yazım..necə təhlil edim..
Tənqidmi edim balaca faişəmizi..təhqirmi..?
Qırılan qəlbinə məlhəmmi olum..yoxsa əmi oğluna həmdəmmi..?
Ailə dağıtmamaq üçün susmalı idi..zorlayan `qəhrəman`ının övladlarına susaraq `xala` olmalı idi..
`faişə` etiketini ilk olaraq doğmaları vurdu üzərinə..qohumlarına ünvanlanmış nifrətinə yön verdi valideylərinə..ailəsinə..

  Qaçmaq istədim hər şeydən, hər kəsdən..söyüşlərdən, təhqirlərdən..
Qaça bilməsəm də..qaçqın oldum hərkəsdən..
Başladığım sənətin sənətkarı oldum..hələ də `balaca faişə` loqosu var üzərimdə..
məhşurlaşdım bu sənətdə..bu sənətin əlçatmazı oldum..maşınlara, evlərə, `yataqlara` sahib oldum..kimliyimnən məhrum oldum..
Bir əşya tək kiməsə satılmaq, istəksizliklə, qarşı qoymazcasına, dinməz-söyləməz, özünü təslimiyyətlə..
Gənclik solarkən..zaman axıb gedərkən..seyr etməkdən başqa heç nə etməmək..
Ümidlərin yox oluşu..qurulmuş xəyalların, yaşanacaq illərin reallığı başqasının qollarında..yatağında..
Qurbanlıq qoyun tək..şənliklərə gülüş bəxş edən klon tək..
Son cəhd..son ümid..hər şeyə son deyərkən..son pərdə, son çıxış..

- Yorulmuşam..illərin yorğunluğu var üzərimdə..
Üz cizgilərimdəki yorğunluğu gülüşlərlə gizlətməyə çalışdım..
Körpə uşaq kimi..uşaqlığa həsrət..
`zorlanaraq` alındı əlimdən uşaqlığım..ixtiyarsız susqunluqda boğuldum..
əlindən oyuncağı alınmış uşaqdan fərqsiz..`dəyərlilərim` alındı əlimdən..amma susdum..
Göz yaşlarım belə oğurlandı..bir içdən hayqırışa..`lənətli` kəlmələrə belə izin verilmədi..
Susduqca susduruldum..danışılması gərək zamanlar belə susdum..
Kəlmələr düyümləndi boğazımda, qusmaq istədim..
İyrənc deyib, iyrənclikləri mən də yüklü saxladılar..
Yükləndikcə yükləndim..

- Yoruldum.. Baxdığım zərrədə itib, məkanlar dəyişmək istərdəm..
Xəyallardan ötə reallıq istərdim..
Yaxşı bir kimlik istərdim..kirlənməmiş, toxunulmamış..uşaqlıq paklığı oğurlanmamış..
Pak olmayan bu dünyada digərləri tək, mən də özümü pak olaraq görmək istərdim..
Gözlərimi yumduqda..qaranlıqların açılış səhnələrində `paklığın itirilməsini` görmək istəməzdim..
o Anı..o günü..o`nları silmək istərdim..

  Zamanı yenidən başlatmaq istərdim..istifadə edilməmiş uşaqlıq illərinin rəngarəng rənglərinə yeni çalarlar qataraq şəhər inşa etmək..
Oxunulmamış nağılımı yenidən qələmə almaq.. `təpə gözsüz`..ümidləri alınmış uşaqsız..yeni bir nağıl olmaq..Oxuduqca şablonluqdan ötə..sünilikdən təcrilid olunmuş şirin yuxulara, xülyalara daldıracaq bir nağıl ola bilmək..
Həqqi məni kəşf etdirə biləcək nağıl ola bilmək..mən ola bilmək..


"özümü gücsüz hiss edirəm:  istər fiziksəl..istər ruhsal..
bununda əsas səbəbi valideynlərimdi..çünki, uşaq vaxtından məni aciz kimi böyütdülər..
Çox yorğunam: bütün gün ya boş-boş oturmaq.. ya da gəzmək istəyirəm.. Çox vaxt o qədər yorğun bilirəm ki, özümü..gözümü bir yerə zilləyib baxıram..tərpətməyə halım yoxdu..
Arxamda bir güc hiuss etmək istəyirəm: ona yaslandığımda özümü güvəndə hiss edə biləcəyim..onun yanında heç vaxt qorxmayacağım.. məni həmişə qoruyacaq..ən sıxıntılı anlarımda mənə çıxış yolu göstərəcək..bir güc istəyirəm.."


müəllif: (Laməkan)

2 Nisan 2015 Perşembe

Düşüncələr əsiri...

   Məşğul olduğundan telefon dəstəyinə çiynini dayaq etmişdi.. Dəstəyin o biri ucunda kimsə nədənsə danışırdı.. həyəcan, panika vardı səs tonunda.. nədənsə narahat olduğu bəlli idi.. bəlkə də verəcəyi xəbərin yükü idi onu qorxudan.. çoxda uzatmadı.. hər zaman ki, səbirsizliyi ilə demişdi artıq "ölüm" xəbərini..
   Çiyinlərin dayaq olduğu telefon dəstəyi bir anda dayaqsız qaldı.. çiyinlər.. cisim özünə dayaq axtarırdı.. telefon dəstəyi artıq yerdə idi, dayağa ehtiyacsız.. yerdəki dəstəydən eşidilməsi çətin olan səslər gəlirdi.. 
Bayaqdan bəri təmizlik səbəbindən işlətmədiyi əllərinə baxdı..əlləri ona yad gəlirdi.. gör nə vaxtdı əllərini seyr etməmişdi.. uşaq vaxtı ovuçlarda itən əllər, indi körpə əlləri ovucunda itirir.. və gün gələcək bu əllər hərəkətsizləşəcək.. sonra əlini üzünə toxundurdu.. ayna qarşısına keçərək aynadakı əksinə, aynadakı özünə toxunmağa çalışdı.. zaman necədə xəbərsiz, izsiz irəliləmişdi.. bir zamanlar özünü görə bilmək üçün boyu çatmayıbda, ayaqları altına stul yerləşdirərdi.. amma indi güzgüyə baxa bilmək üçün boyunu alçaldırdı..

    Hər şey dəyişmişdi bu zaman ərzində.. nələrə toxunmuşdu bu əllər.. haraları gəzmişdi, haralara getmişdi bu ayaqlarla.. nələr görüb, nələr eşitmişdi.. dili nələr söyləmişdi..xeyirəmi, şərəmi istifadəyə vermişdi varlığını..harası pak idiki, özü də pak ola..
Bir an durub düşündü.. varlığını çirkablardan uzaq tutmaq üçün özünü evə dustaq etmək fikri keçdi ağlından.. və dərhalda bu fikri ağlından silmək qərarı aldı.. dustaq etsədə özünü..bu günəcən etdikləri, gördükləri tənhalıqda düşüncələri ilə varlığını çirkab etməyə yetərdi..
Yeni fikir gəldi ağlına, çirkabları bəyan etmək..
- Yox! Yox! Buda olmaz.. bəyanatı dinləməkdən ziyadə bu cəmiyyət mənə də bir `çirkab` damğası vurar.. -sözləri keçdi içinnən.. bu sözlər üzərində düşünürdüki, birdən yenə duruxsundu.. - Bəlkə də çirkab adlandırdığımız hər şey bir `damğadan` ibarətdir.. hər çirkabda kəşf olunmağı gözləyən bir paklıq vardır.. Öz çirkablarını nümunə olaraq analiz edib, paklıq çıxarmaq qərarına gəldi..
Xatirələrə daldı.. xatırladı o çox `sevdiyi` qızı.. onu əldə etmək üçün nələr etməmişdiki.. dostunun maşını ilə yol kəsmələr, marka geyimlər.. daha nə göstərişlər.. amma nafilə cavab gəlmirdi, heç cür.. ən sonunda tanımağa qərar verdi onu.. tanımaq yolunda eşitdikləri qarşısında etdiklərinin axmaqlıq olduğunu anlamışdı.. Amma qərarı qəti idi, onu əldə etməli idi.. qərar verdi `brend maskalar` kolleksiyasından istifadə edərək yenə maskalansın.. `dəyişmişdi` o özünü bəyənmişlikdən, göstərişlikdən geriyə heç nə qalmamışdı.. və bu `dəyişiklik` nəticə onu əldə etmişdi.. istədiyini də əldə etmişdi..  sevgisini, güvəninin qazandığı, aldatdığı növbəti `axmaqğın` da paklığını əldə etmişdi.. sonrası məlum sadəcə `bizdə alınmır` sözləri geriyə qalmışdı.. Onun üçün heç nə dəyişməmişdi.. həyatı axarında idi.. yenə qarşısına çox `sevəcəyi` qızlar çıxacaqdı.. yenə maskalar kolleksiyası imdadına gələcəkdi.. və yenə paklığa son qoyulacaqdı.. Birdən xatırladı.. onunla təsadüfi olaraq raslantısını..
- Oo salam..necəsən? -deyərkən gülümsəyirdi..
- İndi hansı cildindəsən?.. deki heç olmasa bu səfər kimlə danışdığımı bilim.. -cavabı gəlmişdi..
Bu sözlər qarşısında gülməkdən başqa heç nə etməmişdi.. indi isə bu sözlər ona `ölümdən` betər idi.. necə etdi bu çirkablığı.. düzəltməsi mümkünsüz paklığa son yaşadmışdı.. Bütün çirkablara şahid evindən ikrahlanmağa başladı.. ev də özü tək çirkab idi.. evini bir məzarlıq kimi düşündü.. həqiqi məzarlıqdan tək fərqi vardı.. bu məzarlıqda cisimlər yox, ruhlar bbasdırılmışdı..

   Yeni bir fikrə keçid verdi.. İndi də ölümü düşünməyə başlanışdı.. insanın öləcəyini bilməsi necə də acı verir.. zamanın..məkanın qeyri müəyyənliyi.. Özünü `vecsiz` göstərərkən soyuq məzar düşüncələri..
Hər şeyin bir gün sənin üçün sonlanacağını bilmək.. zaman durmayacaq, insanlar, hər kəs yaşayacaq; o üzünü belə görməyə qatlanmadığın şəxslər, mənasız söhbətlərindən bezdiyin dostlar, qadağalarından təngə gəldiyin doğmalar.. hər kəs..kainat sən yoxikən var olacaq.. sənnən geriyə sadəcə bir torpaq topası qalacaq.. oda təbilikdən çıxarılacaq zamanla; varlığın olmadan geyim geyinəcək üzərinə..mərmərlə bəzənəcək..geriyə qalan torpaq altında çürümüş sümüklərin olacaq.. bəlkə bayramlarda, `yubiley`lərdə yada salındın.. `Şeyx` olduğun məqbərənə kosadan səməni payı gətirildi novruzlarda..
Çox sevdiyin musiqiçi yeni bəstələr yazacaq.. yeni konsertlər verəcək.. hər dəfə `"bu dəfə mütləq gedəcəm!" - dediyin konsertə şərhsiz, xəbərsiz olacaqsan.. 
Yeni filmlər, yeni markalar, yeni geyimlər, yeni stillər..yeniliklər çıxacaq.. sən isə yeniliklərdən xəbərsiz.. sözün əsil mənasında "nikolayın adamı" titulu veriləcək sənə..
Xəyallarda varlıq tapmış sevgilin bir başqasında təcəlli tapacaq.. yoxluğundan istifadə, varlığını bir başqasına qatacaq.. xəyanət edəcək; xəyallara.. arzulara.. ümidlərə.. `Xəyanətkar!` damğası vuracaqsan indi ona..!
Zaman irəliləyəcək.. sən isə sadəcə arxivlərdə qərq olunmuş bir termin olacaqsan.. bu düşüncələrlə vecsizləşəcəksən, amma inciləcəksən..
  Axı bu nə fikirlər idi onun varlığına hücum etmiş bir gəmirici tək gəmirirdi.. asma olmadığı halda, bu xəstəlikdən ötə nəfəs tıxanıqlığı yaşayırdı.. hər şərab bardağa tək-tək süzülərək yudumlandığı halda.. bu səfər çərablar növbədən kənar bardağa süzülərək daşırmışdı.. axı o heç vaxt bu cür düşüncələr ahəngdarlığında olmazdı.. bu nə səbəbsiz, zamansız düşüncələr idi..
Səbəbsiz.. Zamansız..
Səbəbsiz..?! Zamansız..?!
Səbəbsiz..? Zamansız..?
Səbəb..? -nə səbəb ola bilərdi ki.. nə səbəb ola bilərdi ki, onu bu silkəlişə məruz qoyan.. hansı səbəb buna qadir olmuşdu..? Səbəb..həyatında yaşanılanların səbəbini anlasada.. bu düşüncələrə onu sevq edən səbəbi anlamaqda çətinlik çəkirdi.. vicdan deyilən bu olmalı..? -Yox! mən hələ peşmanlıq hissinə dalmamışam ki, `vicdan` -deyilən işə keçə..hələ düşüncələrdəyəm..
Zaman..? -xüsusi zamanmı gərək bunları düşünməyə..müəyyən zamanı doldurmaqmı gərək.. hal-hazırda zaman doluşdamı.. bu də düşüncələrdi.. səhəri içmiş olamlıyam yəqin.. sərxoşluğunu anlamaq üçün içki şüşəsi axtardı gözləri dörd bir yanda.. amma görünürdə nə şərab vardı.. nə də içki qədəhi.. içmədən sərxoşluqmu bu..?!
  Sonra qulağına qudok səsi eşidildi.. bayaqdan bəri yerə atılmış telefon dəstəyi indi diqqətini çəkirdi.. hər şey artıq aydınlaşırdı.. ölüm xəbərindən (qorxusundan) yol alan düşüncələr.. qapı zəngi ilə ayılqıdan diskinlik yaşadı.. gələn az əvvəl xəbəri verən şəxs idi.. Bu qısa zaman ərzində o bir ömür səyahəti yaşamışdı.. Geriyə qalan ömürün doğruluğu isə səyahətin nəticə çıxarılmasına bağlı idi...


müəllif: (Laməkan)